“Twitter”in məşhur loqosu 100 min dollara satıldı

saytların hazırlanması

Evə çatdırılma

“Twitter”in məşhur loqosu 100 min dollara satıldı

Dünya

19 Yanvar 2023 21:17 583


“Twitter”in məşhur loqosu olan mavi quş şirkət sahibi İlon Maskın təşkil etdiyi hərracda 100 min dollara satılıb.

Yenisabah.az “Daily Mail”ə istinadla xəbər verir ki, Mask “Twitter”in San-Fransiskodakı baş qərargahında şirkətin gəlirinin bir il ərzində 40 faiz azalmasına görə, vəsait toplamaq üçün əşyaların meqa satışını təşkil edib.

““Twitter”in korporativ ofis aktivləri” onlayn hərracında İlon Mask mebel, bəzək əşyaları, mətbəx avadanlığı hərraca çıxarıb. 27 saat davam edən hərrac zamanı espresso aparatları, stollar, televizorlar da daxil olmaqla 631 əşya satılıb. Onların arasında ilkin qiyməti cəmi 25 dollar olmaqla hərraca çıxarılsa da, mavi quş heykəli ən bahalısı olub. Pepperoni pizza

Hərrac “Twitter”in gəlirinin ötən illə müqayisədə 40 faiz azaldığı və İlon Maskın oktyabr ayında “Twitter”i 44 milyard dollara satın almasından sonra 500-dən çox reklamçının şirkətlə əməkdaşlığı dayandırdığı bir vaxtda keçirilir.

Qeyd edək ki, Mask dekabr ayında şirkətin aktivlərini satışa çıxaracağını və qərargahını köhnə əşyalardan təmizləmək istədiyini açıqlamışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!