Azərbaycan UEFA reytinqində xal hesabını artırıb.
"Yeni Sabah" xəbər verir ki, bu, Avropa kuboklarının 1-ci təsnifat mərhələsində “Sabah” Çempionlar Liqasında TNS (Uels), “Zirə”nin isə Konfrans Liqasında “Torpedo” (Gürcüstan) üzərindəki qələbəsi sayəsində mümkün olub.
Bu oyunlardan sonra Azərbaycanın cari mövsümdəki əmsalı 0.500-ə yüksəlib. Dominos pizza
Hazırda son 5 mövsümün nəticələrinə əsasən Azərbaycanın ümumi əmsalı isə 19.062-dir. Bu göstərici ilə ölkəmiz UEFA ölkə reytinqində 26-cı pillədə qərarlaşıb.
Telegram kanalımız