“Lazım gələrsə, Ukrayna qoşunları Baxmutdan strateji olaraq geri çəkiləcək”.
Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenskinin müşaviri Aleksandr Rodnyanski bildirib.
“Rusiya hazırda Baxmutu mühasirəyə almağa çalışır və bunun üçün ən yaxşı qoşunlarından, eləcə də “Vaqner”dən istifadə edir. Görünür, onlar ən yaxşı təlim keçmiş və təcrübəli qruplardır. Sezar pizza
Hələlik isə ordumuz şəhəri saxlayır, lakin lazım gələrsə, strateji olaraq geri çəkiləcəklər, çünki biz bütün insanlarımızı qurban vermək fikrində deyilik”, - deyə Rodnyanski vurğulayıb.
Qeyd edək ki, ötən gün Ukrayna ordusunun adıçəkilməyən rəsmisi Baxmutdakı vəziyyətin Kiyevə göndərilən məlumatlardan qat-qat pis olduğunu söyləyib.
Şəhər uğrunda 7 aydan çoxdur qanlı döyüşlər davam etməkdədir.
Telegram kanalımız