Ukrayna Silahlı Qüvvələri cəbhə xəttində təşəbbüsü ələ alaraq Rusiya işğalçı qüvvələrinin yay kampaniyası ərzində zəbt etdiyi ərazilərin bir hissəsini azad edib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) dərc etdiyi son analitik hesabatda bildirilir.
Hərbi analitiklərin qiymətləndirməsinə görə, Rusiya ordusu üçün ən ağır və strateji ərazi itkiləri Donbas cəbhəsində qeydə alınıb. Məlumata əsasən, təkcə bir hücum istiqaməti üzrə 240 kvadratkilometrdən çox ərazi yenidən Ukrayna qüvvələrinin tam nəzarətinə keçib. Sezar pizza
Cəbhədəki ən mühüm dönüş nöqtələrindən biri Rusiya birləşmələrinin strateji əhəmiyyətli Liman şəhərindən geri çəkilməyə məcbur edilməsi olub.
Xatırladaq ki, işğalçı kontingent bu şəhərdən Slovyansk-Kramatorsk şəhər aqlomerasiyasına hücumlar təşkil etmək üçün əsas dayaq nöqtəsi və logistik mərkəz kimi istifadə edirdi.
Nazim Hacıyev
Telegram kanalımız