Ukraynada Çin dronu vuruldu

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada Çin dronu vuruldu

Dünya

17 Mart 2023 13:24 866


Ukrayna hakimiyyəti ölkənin şərqində 20 kq ağırlığında bombası olan Çİn dronununvurulduğunu iddia edib.

Yenisabah.az “Ukrainian Times”a istinadla xəbər verir ki, bu “Mogin-5” pilotsuz təyyarəsidir.

Ukrayna qüvvələri bu PUA-nın "Kalaşnikov" avtomatı ilə məhv edildiyini bildirib. pizza

"Mugin-5" baş ofisi Şiamen liman şəhərində yerləşən Çin şirkətinin istehsal etdiyi kommersiya xarakterli drondur. Bu dronu "Alibaba" saytından 15 min dollara almaq olar.

PUA-nın istehsalçısı olan "Mugin" şirkəti bu barədə dərc olunan xəbərləri təsdiqləyib və təəssüfləndiyini bildirib.

Mogin şirkətinin dronlarından Ukraynadakı müharibədə ilk dəfə deyil ki, istifadə olunur. Yanvar ayında da Rusiya Ukrayna qüvvələrinin idarə etdiyi "Mugin 5" PUA-sını hədəf aldığını açıqlamışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!