"ABŞ Ukraynanın Rusiya Baş Qərargah rəisini öldürməsinin qarşısını almağa çalışıb"
Yenisabah.az xəbər verir ki, bu barədə “The New York Times” yazıb.
ABŞ nəşri qeyd edib ki, Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun Ukraynada döyüş bölgəsinə səfəri zamanı Ukrayna onun zərərsizləşdirilməsinə cəhd edib. Lakin ABŞ bunun qarşısını almağa çalışıb. Pepperoni pizza
Nüfuzlu nəşrin iddiasına görə, ABŞ rəsmiləri əvvəlcədən general Valeri Gerasimovun cəbhə bölgəsinə səfər etməyi planlaşdırdığını öyrənib. Onlar generalın həyatına qəsdin ABŞ və Rusiya arasında müharibəyə səbəb ola biləcəyindən ehtiyat edərək bu məlumatı ukraynalılardan gizlədiblər.
Bununla belə, Ukrayna tərəfi V.Gerasimovun cəbhə bölgəsinə səfərindən xəbər tutub. Ağ Ev təcili addım ataraq Ukraynadan hücumu dayandırmağı xahiş edib.
ABŞ-ın yüksəkrütbəli rəsmisi bildirib ki, Vaşinqton Ukraynadan bunu etməməyi tələb edib: “Biz dedik: “Ey, bu artıq ağ oldu”. Mesaj çox gec çatıb. Ukrayna hərbçiləri amerikalılara bildirib ki, onlar artıq generalın mövqeyinə hücuma başlayıblar. Zərbə zamanı onlarla rusiyalı həlak olub". Lakin ölənlər arasında general Gerasimov olmayıb.
Bundan sonra rusiyalı hərbi rəhbərlər cəbhəyə səfərlərini azaldıblar.
Telegram kanalımız