Ətrafımızda olan bəzi insanlar ulduz fallarının aludəçisidir. Onlar hər gün mətbuatda bürclərə dair oxuduqları proqnozlara əsasən hərəkət edirlər. Məsələn, ulduz falına yazılana əsasən, görüşə gedir, ya getmir, alış-veriş edir, yada ümumiyyətlə evdən çölə çıxmırlar.
Yenisabah.az-a danışan pxisoloq Aytən Ələkbərova insanların bürclərə olan bağlılığın onların inancları ilə əlaqələndirib:
“Mənim əhatəmdə olan bir çox insan bürclərə inam bəsləyir və öz həyatlarını müəyyən inanclar üzərində qurmağa çalışır. Bir çoxlarında artıq bürcə uyğun hərəkət etmə vərdiş halı alıb. Hətta deyirlər ki, "qarşımdan qara pişik keçdi, tez açım ulduz falını oxuyum". Dördpendirli pizza
Bizi idarə edən beynimizdir. Amma insanları bir-birindən fərqləndirən onların öz şəxsi düşüncələridir. İnancları üzrə addım atan, ailə həyatı quran insanlar heç də daim uğur qazanmır. Tutaq ki, bu gün kiminsə, bürcündə deyilir ki, günün 2-ci saatından sonra işlərin heç də rahat getməyəcək, yaxud qəm dəryasına qərq olacaqsınız. Həmin şəxs də deyir ki, “qoy bütün işlərimi bu zaman çərçivəsində görüm, sonra evdən çölə çıxmayım”.
İnanc beyində gedən bir proses olduğu üçün insanlar bunu yenə bürclərə bağlayacaq. Yəni təsadüfən evdə ayağına ütü də düşsə, ya əli yansa, deyəcək ki, elə bürcümə görədir”.
Astroloq Səbuhi Rəhimli insanların bürclərə olan bağlılığını belə şərh edib:
“Mən həmişə söyləmişəm, söyləyəcəm də, bizi tale, "alın yazısı", bürclər və s. idarə etmir. Alın yazımızı özümüz yazırıq. Hökmü isə Allah verir. Tutaq ki, kiminsə bürcündə pul qazanma yazılıb, bu o demək deyil ki, göydən pul yağacaq. Astrologiya tale, "alın yazısı" deyil, istiqamətdir. Məsələn, belə deyim, astrologiya yol nişanlarıdır, yol və sürücü isə insanın özüdür. İnsan hər şeyi özü idarə etməlidir.
Astrologiyanın elmi tərəflərini öz "YouTube" kanalımda paylaşmışam. Amma heç 1000 baxış olmayıb. Lakin gündəlik proqnozlar verirəm, minlərlə insan durub izləyir.
Bürclərə inam bəsləyən insanların əksəriyyəti həyatdan əlini üzmüş insanlardır. Onlar düşünür ki, bəlkə bürcümdə xoş xəbər yazılar, kefim açılar. Amma heç də elə deyil. Çox adam abunəlikdən çıxır ki, bürcüm haqda niyə xoş söz yazmamısan. Mən hər zaman müsbət fikirlər yazası deyiləm ki...
Görücü-zad deyiləm ki durum baxıcılıq edim. Mən heç müştəri ilə də işləmirəm. Bir də görürsən deyirlər ki, nə qəşəng yazmısan e, lap ləzzət elədi. Mən sadəcə planetdə baş verənləri yazıya çevirib ictimaiyyətə çatdırıram. Bunlar istəyir ki, xoş söz eşitsin.
Ölkədə maarifləndirmə o qədər də inkişaf etməyib. Bir yandan da şarlatanlar da astrologiyanı gözdən salır. Cəmiyyət də deyir ki, yəqin bu, Allahın işarəsidir, qabaqcadan taleyimiz bilinir”.
Həcər ƏMİRASLANLI
Telegram kanalımız