Ülviyyə Xəlilbəyova illər sonra sirri açdı -   O müəllim kimdir?

saytların hazırlanması

Evə çatdırılma

Ülviyyə Xəlilbəyova illər sonra sirri açdı - O müəllim kimdir?

Şou

07 İyul 2026 10:26 97


Ülviyyə Xəlilbəyova məktəb illərində müəllimi ilə bağlı bir xoşagəlməz xatirəsini paylaşıb.

"Yeni Sabah" xəbər verir ki, aktrisa uşaqlıq illərində riyaziyyat müəlliminin onu səhv başa düşdüyünü bildirib.

Onun sözlərinə görə, yanaqlarının təbii olaraq qıpqırmızı olması müəllim tərəfindən ənlik kimi qiymətləndirilib və bu səbəbdən o, sinif yoldaşlarının gözü qarşısında kobud rəftara məruz qalıb. Sezar pizza

Aktrisa paylaşımında bunları yazıb:

"Yanaqlarım həmişə təbii olaraq qıpqırmızı olurdu. Məktəbin riyaziyyat müəllimi bunu ənlik sanıb dəhlizdə hamının gözü qarşısında saçımı qəddarca yoldu və xoşagəlməz ifadələr işlətdi. Digər müəllimlər bunun təbii olduğunu deyəndən sonra da nə üzr istədi, nə də peşmanlıq göstərdi.

Bu hadisədən 20 ildən çox vaxt keçib. Amma İlhamiyyə müəlliməni hələ də nifrətlə xatırlayıram! Unutmadım, unutmaram!".

Paylaşıma yazılan şərhlərdə bəzi istifadəçilər söhbətin Nərimanov rayonu, Tahir Həsənov adına 57 saylı tam orta məktəb barədə getdiyini iddia ediblər.

Ülviyyə Xəlilbəyova isə bununla bağlı əlavə izah verrməyib.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!