Universitetdən imtina edən 2 355 tələbə:   Səbəb nədir?

saytların hazırlanması

Evə çatdırılma

Universitetdən imtina edən 2 355 tələbə: Səbəb nədir?

Sosial

19 Sentyabr 2022 12:47 1745


Bu il 2 355 abituriyent təhsil almaqdan imtina edib.

Azərbaycanda bu hal isə ötən illərə nisbətən bir xeyli artıb. Sözsüz ki, bu məsələdə yüksək bal yığıb xarici universitetlərin yolunu tutan gənclərlə yanaşı, ödənişli əsaslarla universitetlərə qəbul olub təhsil haqlarını ödəyə bilməyənlər də çoxluq təşkil edir.

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, bu il ali təhsil müəssisələrinin bakalavr pilləsinə 51 000-ə yaxın plan yeri ayrılmışdı. Pepperoni pizza

O, xüsusilə vurğulayıb ki, bu il ali təhsil müəssisələrinə tələbə qəbulu I və III qruplarda daha çox müşahidə edilib:

“Qəbul imtahanlarında uğurlu nəticə göstərməsinə baxmayaraq, ali təhsil müəssisələrində təhsil almaqdan imtina edənlərin sayı ildən-ilə artır. Bu, çox ciddi bir problemdir. Hesab edirəm ki, ixtisas seçimi zamanı hər kəs ciddi bir seçim etməlidir.

Belə halların qarşısını almaq üçün, ilk növbədə, biz ixtisas seçimlərinin sayını azaltmalı, daha az sayda plan yerinə şərait yaratmalıyıq”.

O, həmçinin, qeyd edib ki, abituriyentlərin ali təhsil müəssisələrində təhsil almaqdan imtina etməsinin başlıca səbəbi təhsil haqqının yüksək olmasıdır.

Mütəxəssis onu vurğulayıb ki, öz istəklərinə uyğun ixtisas seçimi edə bilməyən tələbələrin əksəriyyəti xarici ölkələrə üz tutmağa başlayır:

“Bizlər bu cür problemlərin qarşısını almaq üçün, ilk növbədə, kredit verilmə şərtlərini müəyyən dərəcə yumşaltmalıyıq ki, hər bir tələbə “Təhsil Tələbə Kredit Fondu”nun imkanlarından yararlana bilsin”, - deyə müsahibimiz yekunlaşdırıb.

Həcər ƏMİRASLANLI 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!