Universitetlərdə yenidən oxumaq istəyənlərin nəzərinə: Qəbul başladı

saytların hazırlanması

Evə çatdırılma

Universitetlərdə yenidən oxumaq istəyənlərin nəzərinə: Qəbul başladı

Sosial

04 İyun 2026 15:20 64


Əlavə təhsilin "Təkrar ali və orta ixtisas təhsili" istiqaməti üzrə sənəd qəbulu prosesinə başlanılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali təhsil müəssisələrinə müraciət etmək istəyənlər portal.edu.az vasitəsilə sənədlərini elektron formada təqdim edə bilərlər. pizza

Sənəd qəbulu prosesi avqustun 31-i saat 23:59-da başa çatacaq.

Təkrar təhsil hüququ əvvəlki təhsil səviyyəsinə uyğun müəyyən edilir. Qəbul təhsil müəssisələrinin müvafiq tədris ili üçün təsdiq olunmuş qəbul planına uyğun ixtisaslar və təhsilalma formaları üzrə həyata keçirilir.

Bundan başqa, təhsil müddəti əvvəlki və yeni təhsil proqramları arasındakı fərq nəzərə alınmaqla hesablanır.

Təhsil yalnız ödənişli əsaslarla həyata keçirilir, təhsil haqqı isə müddətə uyğun olaraq müəssisə tərəfindən müəyyən edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!