Uqandanın qərbindəki Toro Krallığının hökmdarı IV Oyo Nyimba Kabamba İqrukidi 34 yaşında vəfat edib.
"Yeni Sabah" New York Post-a istinadla xəbər verir ki, məlumatı Toro Baş naziri Kalvin Armstronq Rvomiire Akiiki bəyan edib.
Ölüm səbəbi rəsmi olaraq bildirilməyib. İddiaya görə, kral ağır xəstə idi və ABŞ-də müalicə alırdı. Toyuqlu pizza
"Bu, kral ailəsi, Toro xalqı və bütün Uqanda üçün ölçüyəgəlməz bir itkidir", - deyə Baş nazir krallıq sakinlərini birlik və sakitliyi qorumağa çağırıb.
IV Oyo 1995-ci ilin sentyabrında, cəmi 3 yaşında ikən Toro Kralı olub. Atası Kral III Rukirabasaya Patrik Devid Metyu Kaboyo Olimi 49 yaşında vəfat edib. 3 yaşlı varis daha sonra taxta çıxıb və ilk illərdə onun vəzifələrini regentlər yerinə yetiriblər.
Telegram kanalımız