“Uşaq istəmirəm” deyənlərə vəkildən   SƏRT SÖZLƏR

saytların hazırlanması

Evə çatdırılma

“Uşaq istəmirəm” deyənlərə vəkildən SƏRT SÖZLƏR

Sosial

05 Sentyabr 2026 09:33 51


“Mühafizəkar ailə modelini geri qaytarmaq lazımdır”.

“Yeni Sabah” xəbər verir ki,bu sözləri vəkil Fərhad Mehdiyev paylaşımında qeyd edib. O, ailə institutunun qorunması, gənclərin ailə qurmağa münasibəti və feminizmlə bağlı fikirlərini bölüşüb.

“Mühafizəkar ailə modelini, ata və ananın rol modellərini geri qaytarmaq lazımdır. Dövlət, qeyri-dövlət qurumları, dini qurumlar bununla bağlı müəyyən siyasət işləyib ortaya qoymalıdır”, - deyə vəkil bildirib. pizza hut

O, feminizmlə bağlı da sərt fikirlər səsləndirib:

“Məsələ burdadır ki, qlobal imperializmin hədəflədiyi və dəstəklədiyi “feminizm” heç də qadınların müdafiəsinə yönəlmir. Ailə institutunu dağıdıb ailəni bir istehlak vahidi olaraq parçalayıb yerinə birdən çox vahid yaratmaq, ideoloji boşluqlar yaradaraq bundan faydalanmaq məqsədini güdür”.

Vəkilin sözlərinə görə, bu proses bir sıra sosial problemlərə də səbəb olur.

“Bu da öz növbəsində yüksək nisbətdə boşanmalar, boşanmış ailələrdə psixoloji problemli uşaqlar, həzz üçün yaşama və digər sosial zərərli fenomenlərə yol açır. Heç SSRİ-də feminizm adını eşitmişdiniz? Amma SSRİ qadınlara qərb dövlətlərindən çox əvvəl seçki hüququnu tanıyıb, onları vəzifəyə gətirmişdi”.

Vəkil müasir dövrdə gənclərin ailə və övlad sahibi olmağa marağının azalmasından da narahatlığını ifadə edib:

“Dünyanın ən şirin və mənalı neməti övladdır. Amma indiki gənclər ailə qurmaq istəmir, uşaq dünyaya gətirmək istəmir. Valideyn də bir nemətdir, müqəddəsdir, amma bu da öz növbəsində bir övladın mövcudluğunu tələb edir. İnsanlar ailənin qədrini və dəyərini anlamalı, anlatılmalı, aşılanmalıdır; ailələr üçün xüsusi imtiyaz və proqramlar çoxalmalıdır. Bəli, ailə bir məsuliyyətdir və yükdür, amma ən mənalı yükdür - əgər insanın övladları üz qaraldan övlad deyillərsə”.

F.Mehdiyev sonda gənclərə ailə qurmaq və övlad sahibi olmaqla bağlı çağırış edib:

“Odur ki ailədə kişinin, qadının, qarşılıqlı qayğının, böyüyün, balacanın yerini bilmək şərtilə ailə qurun, övlad sahibi olun, sevin, sevilin”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!