“Uşaq pulu” bərpa edilir? – Nazirlik rəsmən açıqladı 

saytların hazırlanması

Evə çatdırılma

“Uşaq pulu” bərpa edilir? – Nazirlik rəsmən açıqladı 

Sosial

27 Noyabr 2019 04:50 1345


Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Azərbaycanda uşaqlara "uşaq pulu”nun verilə bilməsi ilə bağlı təkliflərə münasibət bildirib.

“Yeni Sabah”ın məlumatına görə, A.Kərimov bildirib ki, hazırda Azərbaycanda uşaqlarla bağlı ailələrə 14 növ sosial müavinət verilir: "İl ərzində bunun üçün 494 milyon manat ayrılır. Bu müavinətlər 585 min uşağı əhatə edir”.

Nazir müavini əlavə edib ki, təkcə bu il ərzində ölkədə ünvanlı sosial yardımdan 160 min uşaq faydalanıb: "Prezident İlham Əliyev də vurğulayır ki, dövlət vəsaitindən səmərəli, ünvanlı şəkildə istifadə olunmalıdır. "Uşaq pulu” isə ünvanlılıq prinsipinə tam cavab vermir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!