Azərbaycanda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı

Sosial

06 Oktyabr 2026 18:09 143


Xocalıda yeniyetmə qızını nişanlayan ata saxlanılıb.

"Yeni Sabah" Lent.az-a istinadən xəbər verir ki, 50 yaşlı Ağasəf Rzayev (şərti adla - red.) hüquq-mühafizə orqanlarına müraciət edərək 16 yaşlı qızının itkin düşdüyünü bildirib. Sonra izahatı alınarkən o, qızını mart ayında 30 yaşlı bacısı oğlu ilə nişanladığını deyib.

Fakt əsasında onun barəsində müvafiq maddə ilə protokol tərtib olunub. pizza hut

Ağasəf Rzayevin sözlərinə görə, sonradan bilib ki, qohum olduqları üçün qızı ilə bacısının oğlunun evliliyi mümkün deyil. O, etdiyi əməldən peşman olduğunu və ikinci qrup əlil olmasını deyib. Buna görə də barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edib.

Məhkəmənin qərarı ilə A.Rzayev 1 000 manat məbləğində inzibati qaydada cərimələnib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!