Rusiya XİN: “Biz Cənubi Qafqazda möhkəm və etibarlı sülhün tərəfdarıyıq”

saytların hazırlanması

Evə çatdırılma

Rusiya XİN: “Biz Cənubi Qafqazda möhkəm və etibarlı sülhün tərəfdarıyıq”

Siyasət

06 Oktyabr 2026 21:23 94


"Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yanaşması dəyişməzdir və siyasi konyunkturaya məruz qalmır".

"Yeni Sabah" xəbər verir ki, bu barədə "RİA Novosti"yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə departamentinin direktoru Mixail Kalugin bildirib.

"Biz Cənubi Qafqazda möhkəm və etibarlı sülhün bərqərar olunmasının, təhlükəsizliyin və rifahın təmin edilməsinin tərəfdarıyıq", - deyə Kalugin qeyd edib. Sezar pizza

Diplomat vurğulayıb ki, Bakı və İrəvan arasında sülh müqaviləsinin bağlanması, nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması, sərhədlərin delimitasiyası və ictimai əlaqələr kimi əsas istiqamətlər üzrə münasibətlərin normallaşmasına kömək etmək üçün Rusiya tərəfinin göstərdiyi səylərin əsasında məhz bu prinsiplər dayanır.

Xatırladaq ki, 2022-ci ildə İrəvan və Bakı Rusiya, ABŞ və Aİ-nin vasitəçiliyi ilə gələcək sülh müqaviləsinin müzakirəsinə başlayıblar. 2023-cü ilin may ayının sonunda Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın Azərbaycanın suverenliyini sovet sərhədləri çərçivəsində, yəni Qarabağ da daxil olmaqla tanımağa hazır olduğunu bəyan etmişdi./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!