Berbatov: “MY”da oynamaq üçün maaşımda güzəştə getdim”

saytların hazırlanması

Evə çatdırılma

Berbatov: “MY”da oynamaq üçün maaşımda güzəştə getdim”

İdman

06 Oktyabr 2026 17:17 90


Bolqarıstan futbolunun əfsanəvi hücumçularından biri Dimitar Berbatov "Mançester Yunayted"ə transfer olunduğu dövrlə bağlı xatirələrini danışıb.

“Yeni Sabah” xəbər verir ki, keçmiş forvard İngiltərə nəhənginə keçmək üçün böyük fədakarlıq etdiyini və hətta maliyyə şərtlərində güzəştə gedərək maaşının bir hissəsindən imtina edib.

Berbatov bu addımı karyerasının ən ali məqsədi olan kluba yollanmaq arzusu ilə atdığını vurğulayıb. pizza hut

Transfer mərhələsində digər iddialı klublardan, o cümlədən son anda ortaya çıxan "Mançester Siti"dən təkliflər aldığını xatırladan bolqar ulduz seçiminin hər zaman aydın olduğunu qeyd edib. "Mançester Yunayted"in gerbi, forması, zəngin tarixi, heyəti, əfsanəvi baş məşqçisi və "Old Trafford" stadionunun onun üçün müqayisəolunmaz olduğunu diqqətə çatdıran Berbatov digər variantları dərhal rədd etdiyini və daxili kompasının yalnız "qırmızı şeytanlar"ı göstərdiyini ifadə edib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!