Fransa Hərbi Dəniz Qüvvələrinin flaqmanı və ölkənin yeganə nüvə təyyarədaşıyan gəmisi olan "Şarl de Qoll"da (Charles de Gaulle) gözlənilməz yanğın hadisəsi baş verib.
“Yeni Sabah” xəbər verir ki, "Le Figaro" nəşrinin yaydığı məlumata görə, insident gəminin Tulon hərbi dəniz bazasının limanında növbəti planlı texniki xidmət və profilaktik bərpa işləri keçdiyi vaxt qeydə alınıb.
Gəminin daxili hissəsində başlayan alovun qarşısını almaq üçün dərhal fövqəladə xidmətlər və yanğınsöndürmə briqadaları əraziyə cəlb olunub. Yanğının nüvə reaktorlarının yerləşdiyi bölməyə və ya digər kritik sistemlərə zərər vurub-vurmadığı, eləcə də xəsarət alanların olub-olmaması ilə bağlı hərbi idarə tərəfindən araşdırmalara başlanılıb. Ekspertlər bu hadisənin Fransanın dəniz müdafiə qabiliyyətinə və gəminin növbəti döyüş tapşırıqlarına təsirini qiymətləndirirlər. Toyuqlu pizza
Nazim Hacıyev
Telegram kanalımız