Çərşənbə günü Avropa İttifaqı (Aİ) ölkələrinin səfirlərinin Rusiyanın (RF) hərbi-sənaye kompleksinə qarşı yönəldiləcək sanksiyaların 22-ci paketinin lehinə səs verəcəyi gözlənilir.
"Yeni Sabah" "Reuters"ə istinadən xəbər verir ki, bunu bu gün Aİ diplomatları açıqlayıblar.
Qeyd olunub ki, 1570 şəxs və şirkəti əhatə edəcək bu sanksiyalar paketi Rusiyanın 2022-ci ildə Ukraynaya tammiqyaslı müdaxiləsindən bəri ən böyük paket olacaq. Dördpendirli pizza
Aİ ölkələrinin səfirləri tərəfindən bəyənildikdən sonra o, yekun təsdiq üçün gələn bazar ertəsi blokun üzvü olan ölkələrin xarici işlər nazirlərinə göndəriləcək.
Dəqiqləşdirilir ki, sanksiyaya məruz qalan şirkətlərin və fiziki şəxslərin əksəriyyəti Rusiyanın hərbi-sənaye kompleksi ilə bağlıdır, özü də onların yarısından çoxu raket istehsalına cəmləşib.
Xatırladaq ki, RF-yə qarşı 21-ci sanksiyalar paketi Aİ tərəfindən cari ilin iyul ayında qəbul edilib. Hazırda Aİ-nin antirusiya məhdudiyyətlərinə 3000-dən bir qədər çox şəxs daxildir./Report
Telegram kanalımız