Azərbaycana qatarla səyahət edən və ölkədən gedən əcnəbi turistlərin sayı açıqlanıb.
“Yeni Sabah” xəbər verir ki, Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətindən (QSC) bildirilib ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların fəaliyyəti bərpa olunandan indiyə qədər 80 minə yaxın sərnişin daşınıb.
Bu marşrutla 15 mindən çox Gürcüstan, 7 mindən çox Rusiya, 800-dən çox Çin, 500-dən çox Türkiyə, 500-ə yaxın Ukrayna, 250 nəfər Qazaxıstan, 100-dən çox Yaponiya və Belarus, 80 nəfər isə Özbəkistan vətəndaşı səyahət edib. Dominos pizza
Səfər edənlər arasında Koreya, Qırğızıstan, Səudiyyə Ərəbistanı, Serbiya, Albaniya, Moldova, BƏƏ, Küveyt, Qətər, Argentina və digər ölkələrin də vətəndaşları var.
Telegram kanalımız