Fransanın milli təhsil naziri Eduar Jeffre ölkədə liseylərdə dərslərin həftənin sonunadək dayandırılması barədə qərar qəbul edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə mk.ru məlumat yayıb.
Baş nazir Sebastyan Lekornünün sözlərinə görə, cümə axşamından etibarən məktəblərdə dərs cədvəlləri vahid qaydada təşkil olunacaq. Bu, məktəb rəhbərliyinə daxili siyasi müzakirələrə vaxt ayırmağa imkan verəcək. Pepperoni pizza
DünyaFransada etirazlar dalğası genişlənir: Müəllimlər də şagirdlərə qoşuldular
Lekornü bildirib ki, son günlər yuxarı sinif şagirdlərinin tələblərinin sayı artır. Tələblər müxtəlif məktəblərdə fərqlənir. Onun sözlərinə görə, məktəblərdə yalnız zorakılığı pisləməklə kifayətlənmək olmaz, şagirdlərin tələbləri dinlənilməli və onlara cavab verilməlidir.
Qeyd edək ki, Fransada lisey şagirdləri artıq ikinci həftədir dərs yükünün çoxluğu, müəllim çatışmazlığı və təhsil sahəsindəki digər problemlərə etiraz edirlər. Bəzi aksiyalar iğtişaşlarla müşayiət olunur.
Son məlumatlara görə, etirazlar zamanı 6 mindən çox şəxs saxlanılıb, onların əksəriyyəti yetkinlik yaşına çatmayanlardır./Oxu.az
Telegram kanalımız