ÜST meymunçiçəyi ilə bağlı qərar verdi 

saytların hazırlanması

Evə çatdırılma

ÜST meymunçiçəyi ilə bağlı qərar verdi 

Sosial

12 May 2023 09:41 665


Üumdünya Səhiyyə Təşkilatı (ÜST) 2022-ci ilin avqustunda meymunçiçəyi xəstəliyinin yayılması ilə əlaqədar tətbiq edilən fövqəladə vəziyyətinin ləğv olunduğunu açıqlayıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə təşkilatın rəhbəri Tedros Qebreyesus məlumat yayıb. 

“Fövqəladə hallar komitəsi dünən beşinci iclasını keçirdi və mənə beynəlxalq narahatlıq doğuran ictimai sağlamlıq fövqəladə vəziyyətinə son qoymağı tövsiyə etdi. Mən bu tövsiyə ilə razılaşdım", - Qebreyesus bildirib.  Dominos pizza

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2022-ci ilin may ayına qədər 110 ölkədə 87 000 meymunçiçəyinə yoluxma hadisəsi və 112 ölüm halı qeydə alınıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!