Vahid Ələkbərov məhkəməyə verildi

saytların hazırlanması

Evə çatdırılma

Vahid Ələkbərov məhkəməyə verildi

Dünya

12 Oktyabr 2022 21:12 1004


Moskvada məmurlar Presnenski məhkəməsində “Lukoyl”un eks-prezidenti, milyarder Vahid Ələkbərova qarşı Moskvanın mərkəzində özbaşına tikinti apardığına görə iddia qaldırıblar.

Yenisabah.az xəbər verir ki, bu barədə paytaxtın Daşınmaz Əmlak üzrə Dövlət Müfəttişliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 2022-ci ilin iyulunda müfəttişlər Skatertnı prospekti, 18 ünvanında yerləşən yaşayış binasının damında icazəsiz tikililər aşkar ediblər. Məlum olub ki, binanın yeddinci və səkkizinci mərtəbələrindəki mənzillər Ələkbərova məxsusdur. Bildirilib ki, binanın damındakı konstruksiyalar rəsmiləşdirilmiş layihə icazəsi olmadan tikilib. Noyabrın 1-də onların sökülməsi planlaşdırılır. Pepperoni pizza

“Görülən tikinti işləri qanuna ziddir və vətəndaşlar üçün təhlükə yaradır. Şəhər V.Ələkbərova qarşı tikinti işlərinin dayandırılması ilə zərər təhlükəsinin aradan qaldırılması üçün Moskvanın Presnenski Rayon Məhkəməsində iddia qaldırıb. Hazırda işə məhkəmədə baxılır”, - məlumatda qeyd olunub./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!