Zəngilan rayonunda digər "ağıllı" kəndlərin təməlinin qoyulması planlaşdırılır.
Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Zəngilan rayonunun xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda bildirib.
Onun sözlərinə görə, Zəngilanın Ağalı kəndinə bu günə qədər 66 ailə köçürülüb: "Növbəti evlər hazır olan kimi digər ailələrdə köçürüləcək. Ağalı Pepperoni pizza
kəndinə köçürülmə bu il və gələn illərdə mərhələli şəkildə planlaşdırılır".
O qeyd edib ki, mayın 28-də Zəngilanın Baş Planı artıq Prezident İlham Əliyevə təqdim edilib: "Baş Plan əsasında kifayət qədər komfortlu şərait yaradılacaq, alçaq mərtəbəli və müasir evlər tikiləcək. Zəngilanda "Ağıllı" layihələr həyata keçiriləcək".
Telegram kanalımız