Valideynlərini itirmiş uşaqlarla bağlı   MÜHÜM QƏRAR

saytların hazırlanması

Evə çatdırılma

Valideynlərini itirmiş uşaqlarla bağlı MÜHÜM QƏRAR

Sosial

29 Yanvar 2021 12:46 712


Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması üçün Qərar qəbul edilib.

Yenisabah.az-ın məlumatına görə, bununla bağlı baş nazir Əli Əsədov “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Nazirlər Kabinetinin qərarına müvafiq dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qərara əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması təhsil aldığı müəssisənin və ya AMEA-nın vəsaiti hesabına təmin edilir və yaxud həmin dərslik və dərs ləvazimatları əvəzinə 50 manat (əvvəl 36 manat) müavinət verilir. Toyuqlu pizza

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, ümumi təhsil, peşə təhsili, orta iхtisas təhsili, ali təhsil müəssisələrini və AMEA-nı bitirdikləri zaman müvafiq təhsil müəssisəsinin və ya AMEA-nın xərclər smetası hesabına 265 manat (əvvəl 27,5 manat) məbləğində mövsümü paltar və ayaqqabı, habelə respublika üzrə orta aylıq əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!