Vəfa Şəbnəm haqda SİRLƏRİ AÇDI –   “Bütün xalq deyir ki...” + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Vəfa Şəbnəm haqda SİRLƏRİ AÇDI – “Bütün xalq deyir ki...” + VİDEO

Şou

20 Dekabr 2024 16:59 1151


“Şəbnəmin mənlə davasının səbəbi mahnı deyil”.

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Vəfa Şərifova “Rəngarəng” verilişində küsülü olduğu ifaçı Şəbnəm Tovuzlunun onun haqqında aparıcılara qoyduğu qadağa ilə bağlı danışanda açıqlayıb. O sözlərini belə əsaslandırıb:

“Mən düşünürəm ki, çox düzgün qadağadır. Ancaq çox gec atılmış addımdır. Bu addımı 4-5 il əvvəl atmalı idi və bütün aparıcılara, efirlərə deməli idi ki, mənim adımı Vəfa ilə çəkməyin. Bilirsiniz niyə? Mən dəfələrlə demişəm ki, bizim mahnımız mahnı davasıdır. Amma bütün xalq deyir ki, o qadının sənlə davası mahnı davası deyil. Mən istəmərəm ki, düşmənim də olsa, bir qadını alçaldım və ona nələrsə deyilsin. Amma zamanla mən də anladım. İlk dəfədir ki, ortaq mahnımız var. Demək ki, insanlar düz bilirmiş. Yaxşı, bu gün qadağa qoydu, mən də bütün aparıcılardan xahiş edirəm ki, o qadın haqda məndən heç nə soruşmasınlar. Görüm dayanacaqmı? İllər əvvəl Şəbnəm Tovuzlunun qazancı, populyarlığı məndən daha çox idi. Bəs onda niyə mənimlə problemi vardı? Bütün Azərbaycan mənə deyir ki, Şəbnəm Tovuzlu səninlə mahnıya görə dava etmir”. Pepperoni pizza

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!