Vəfa Şərifovanın yeni görüntüləri müzakirə yaradıb və gülüş doğurub.
“Yeni Sabah” xəbər verir ki, ifaçı sarı-ağ rənglərin üstünlük təşkil etdiyi fərqli səhnə geyimində video yayımlayıb.
O, libasını sarı rəngli əlcək və aksessuarlarla tamamlayıb. Sezar pizza
V.Şərifovanın görünüşü izləyicilər arasında birmənalı qarşılanmayıb və paylaşımın şərh bölməsində onun geyimi ilə bağlı çoxsaylı tənqidi rəylər yazılıb.
İzləyicilər həmin görüntülərə “Əlləriniz bişmədi istidə?”, “Elzanın suyu deyəsən buna da sıçrayıb. Bu da gic-gic geyinməyə başlayıb”, “İran konfetinə oxşayır”, “Karlosona oxşayır”, “Paltar dondurmaya oxşayır”, “Yeganə zövqsüz müğənni sizsiniz, ya yanınızda işləyənlər sizin pulu havayı yeyirlər?!” tipli çoxsaylı şərh veriblər.
Aydan Hacı
Telegram kanalımız