Vətəndaşlara çağırış: Eyvanlardan bayraq asaq

saytların hazırlanması

Evə çatdırılma

Vətəndaşlara çağırış: Eyvanlardan bayraq asaq

Sosial

26 Sentyabr 2021 13:37 1188


Sabah Vətən Müharibəsinin başlamasının bir ili tamam olur.

Buna görə də, 44 günlük müharibədə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.

Artıq bir neçə gündür ki ölkədə Anım Gününə hazırlıqlar gedir. Paytaxtın bəzi küçə və prospektlərində sabaha hazırlıq məqsədi ilə eyvanlardan bayraqlar asılır. pizza mizza

Vətəndaşlarımızı da bu aksiyaya qoşulmağa çağırırıq. Hər kəs müharibə dövründə olduğu kimi, eyvanından bayraq asaraq həmrəylik nümayiş etdirə bilər. 

Qeyd edək ki, sabah saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!