“Vəzifəyə, pula, şöhrətə görə anasını da satar”  – Məşhur aparıcı
02 İyn 2020 11:31
666

“Vəzifəyə, pula, şöhrətə görə anasını da satar” – Məşhur aparıcı

“Qorxu! Cəmiyyətimizin ən böyük eybi. Qorxaq adam yaltaq olur. Qorxaq adam satqın olur. Qorxaq adam vəzifəyə, şöhrətə, pula, komfortuna görə dostunu da, anasını da, qardaşını da satar. Qorxağın söz deməyə cürəti çatmır deyə həmişə başqasının qulu olur. Daha sonra özündən zəif olanla qul kimi davranır...”

Yenisabah.az xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı Hüsniyə Məhərrəmova 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə sosial şəbəkədə yazaraq, valideynlərə məsləhət verib: “Qorxaq adam vicdanını satır. Qorxaq adam saxtakarlıqdan da çəkinmir. Qorxaq adam inkişaf etmir, gələcəkdən, dəyişiklikdən qorxur, bataqlığa çevrilir. Qorxaqların çoxluq təşkil etdiyi cəmiyyət qoyun sürüsünə çevrilir. Odur ki, uşaqlarınızı mərd böyüdün. Onlara şəxsiyyət olmağı öyrədin. Uşaqlıqda xoxanla qorxutmaqdansa böyüyəndə çoxsaylı sevgisiz, hörmətsiz və qorxu içində böyumüş xoxanlara qalib gəlib onlara insan olmağı öyrədin. Gələcəkdə bizim uşaqların qurduğu sağlam cəmiyyəti görmək ümidi ilə...”

Oxşar xəbərlər