“Volkswagen” 208 mindən çox avtomobili geri çağırır

saytların hazırlanması

Evə çatdırılma

“Volkswagen” 208 mindən çox avtomobili geri çağırır

İqtisadiyyat

19 Sentyabr 2026 09:58 80


Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” ABŞ-da sükan sistemindəki nasazlıq riski səbəbindən 208 mindən çox nəqliyyat vasitəsini geri çağırmaq qərarı alıb.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, ABŞ Milli Avtomobil Yolları Hərəkət Təhlükəsizliyi İdarəsindən (NHTSA) verilən açıqlamada geri çağırılma qərarının 2018–2021-ci il istehsalı olan bəzi modellərə şamil edildiyi bildirilib.

Qeyd olunub ki, ümumilikdə 208 min 724 avtomobil bu prosesə cəlb olunub. Açıqlamada sükan qutusunun boltunda yaranan xəta səbəbindən idarəetmənin itirilməsi riskinin olduğu və bunun da qəza ehtimalını artırdığı vurğulanıb. pizza

Qərara əsasən, 2018-ci il istehsalı olan Tiguan, 2018–2019-cu il Atlas və 2019–2021-ci il Audi Q3 seriyasına aid müəyyən avtomobillər geri çağırılacaq.

“Volkswagen” rəsmi dilerlər vasitəsilə problemli avtomobillərin sükan qutusunun sağ tərəfindəki bərkitmə boltunu ödənişsiz olaraq dəyişdirəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!