7 İyul - 02:19
“WhatsApp”da yeni funksiya

“WhatsApp”da yeni funksiya

Rəqəmsal

09 Fevral 2021 01:48 2905


“WhatsApp” mesencerinin texniki heyəti yeni funksiyanı sınaqdan keçirir.

Yenisabah.az xəbər verir ki, tezliklə istifadəyə verilməsi planlaşdırılan yeniliyə əsasən, bundan sonra istənilən videonu səssiz göndərmək mümkün olacaq.

Bunun üçün videoredaktə menyusuna daxil olub, ekranda görünəcək müvafiq işarəni basmaq kifayət edəcək.

Hazırda sözügedən funksiya test mərhələsində olan 2.21.3.13 beta-versiyasında mövcuddur.

Bununla yanaşı, mesencerin növbəti versiyasında yeni animasiyalı stikerlər əlavə olunacaq, eləcə də qrup çatında istifadəçilərin xatırlanması funksiyası yaxşılaşdırılacaq.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!