WUF13-də mina problemi ilə bağlı tədbir keçirildi

saytların hazırlanması

Evə çatdırılma

WUF13-də mina problemi ilə bağlı tədbir keçirildi

Sosial

22 May 2026 11:28 81


BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Minatəmizləmə Agentliyi (ANAMA) “Post-münaqişə dövründəşəhərlərin yenidən qurulması: Humanitar minatəmizləmənin mühüm rolu” mövzusunda yan tədbir keçirilib.

"Yeni Sabah" xəbər verir ki, tədbirdə ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov açılış nitqi ilə çıxış edib.

O bildirib ki, minatəmizləmə yalnız insanların həyatını xilas edən humanitar fəaliyyət deyil, həm də bərpa və yenidənqurmanın əsas təməlidir. Bu fəaliyyət yaşayış evlərinin yenidən inşası, infrastrukturun bərpası, kənd təsərrüfatının dirçəldilməsi, nəqliyyat şəbəkələrinin inkişafı və iqtisadi fəaliyyətin canlandırılması üçün zəruri şəraiti formalaşdırır. Dördpendirli pizza

“Böyük Qayıdış” Proqramı çərçivəsində minatəmizləmə fəaliyyəti şəhərsalma, yenidənqurma və inkişaf proseslərinə tam şəkildə inteqrasiya edilib.

ANAMA yanında İctimai Şuranın sədr müavini Emil Həsənovun moderatorluq etdiyi panel müzakirələrdə ANAMA-nın İdarə Heyəti sədrinin müavini Samir Poladov, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundziç, ADA Universitetinin professoru, Meksikanın Azərbaycandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Rodrigo Labardini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Layihələrin idarəedilməsi şöbəsinin müdiri Ramil Cahangirov iştirak edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!