Xalq artisti ən böyük arzusundan danışdı

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti ən böyük arzusundan danışdı

Şou

10 Noyabr 2025 19:38 618


Xalq artisti Fatma Mahmudova ən böyük arzusundan danışıb.

“Yeni Sabah” xəbər verir ki, “Günə uğurla” verilişində qonaq olan sənətçi müğənni qızı Nigar Tofiqizinin toyunu görmək istədiyini bildirib:

“İnsan nə qədər yaşa dolursa-dolsun, yenə də arzu ilə yaşayır. Ən böyük arzum, qızım Nigarın qarşısına yaxşı bir insanın çıxmasıdır. Ona gözəl bir toy etmək və övladlarını görmək istəyirəm. Mənim yanımda oturmağa layiq bir kürəkən arzulayıram ki, utanmayım. Bəyənmədiyim adamı yanımda oturda bilmərəm. O, mənim sənətimə, şəxsiyyətimə, əxlaqıma, insanlığıma layiq biri olmalıdır. Fatma Mahmudova kasıb olsa da, yanında hər adamı oturda bilməz”. (Axşam.az) Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!