Xalq artisti Tofiq Bakıxanov vəfat etdi   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti Tofiq Bakıxanov vəfat etdi - FOTO

Mədəniyyət

23 Avqust 2026 23:58 73


Görkəmli bəstəkar, Xalq artisti professor Tofiq Bakıxanov vəfat edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Report"a Xalq artistinin ailəsindən məlumat verilib.

Tofiq Əhmədağa oğlu Bakıxanov 1930-cu il dekabrın 8-də Bakıda, görkəmli tarzən, Azərbaycanın Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb. O, ilk musiqi təhsilini Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki onillik musiqi məktəbində (indiki Bülbül adına orta ixtisas musiqi məktəbi) alıb. Dördpendirli pizza

O, Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Şöhrət", "Şərəf" və 1-ci dərəcəli "Əmək" ordenləri ilə təltif edilib.

Tofiq Bakıxanov əsərləri ilə Azərbaycan musiqisinə, incəsənətinə saysız-hesabsız incilər bəxş edib, "Nəva", "Humayun", "Rahab", "Şahnaz", "Dügah" simfonik muğamları ilə yanaşı, digər əsərləri də musiqi mədəniyyətimizin tarixində özünəməxsus yer tutub. Bəstəkarın əsərləri nəinki Azərbaycanda, eləcə də dünyanın bir çox ölkələrində rəğbətlə qarşılanıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!