Təzə Pir məscidində Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilir.
"Yeni Sabah" xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, sənət dostları və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak edirlər.
Mərhumun cənazəsinin qoyulduğu postamentin ətrafına Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın adından əklil düzülüb. pizza hut
Xalq artisti II Fəxri xiyabanda dəfn olunacaq.
T.Bakıxanov avqustun 23-də 96 yaşında vəfat edib.O, respublikanın “Əməkdar incəsənət xadimi” (1973), “Xalq artisti” (1990) fəxri adlarına, "Şöhrət" (2000), "Şərəf" (2021) və 1-ci dərəcəli “Əmək” (2025) ordenlərinə layiq görülüb. Sənətkar 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Telegram kanalımız