Xaricdə təhsil alanların nəzərinə - Dayandırılacaq

saytların hazırlanması

Evə çatdırılma

Xaricdə təhsil alanların nəzərinə - Dayandırılacaq

Sosial

13 Noyabr 2019 10:21 1065


Xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı sənəd qəbulu noyabrın 15, 16 və 17-də müvəqqəti olaraq dayandırılacaq. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. 

Buna səbəb nostrifikasiya üzrə elektron ərizə sistemində təkmilləşdirmə işlərinin aparılmasıdır. Təkmilləşdirmə işlərinin aparılmasında məqsəd xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, müraciətlərə baxılması prosesinin sürətləndirilməsi və sistemin dayanıqlılığının təmin edilməsidir. Dördpendirli pizza

Qeyd edək ki, dövlət orqanları (qurumları) tərəfindən vətəndaşlara göstərilən elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu sahədə yeni standartların tətbiq edilməsi, innovasiyalardan və müasir texnologiyalardan istifadənin genişləndirilməsi, habelə şəffaflığın artırılması kimi məsələlər dövlət siyasətinin başlıca prioritetlərindən biridir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!