Xarici mütəxəssisə 20 illik güzəşt, yerliyə yox?

saytların hazırlanması

Evə çatdırılma

Xarici mütəxəssisə 20 illik güzəşt, yerliyə yox?

İqtisadiyyat

01 Oktyabr 2026 00:28 48


Milli Məclisin iclasında Vergi və Miqrasiya məcəllələrinə edilən növbəti dəyişikliklər cəmiyyətdə və ekspert dairələrində ciddi müzakirələrə səbəb olub. Təklif olunan yeniliyə əsasən, ölkəyə gələn yüksəkixtisaslı miqrantların (xüsusən də texnologiya və İT sahəsində çalışan mütəxəssislərin) gəlir vergisindən 20 il müddətinə azad edilməsi nəzərdə tutulur.

Bu fikirləri iqtisadçı Natiq Cəfərli şəxsi facebook səhifəsində bildirib. Onun sözlərinə görə, təşəbbüsün əsas məqsədi ölkəyə yüksək təhsilli, İT təmayüllü kadrları cəlb etmək olsa da, mütəxəssislər oxşar vergi güzəştlərinin yerli mütəxəssislərə şamil edilməməsini ədalətsizlik kimi qiymətləndirirlər:

“Digər tərəfdən, xarici mütəxəssisi ölkəyə dəvət edib quru sərhədlərini bağlı saxlamaq da ziddiyyət doğurur - öz şəxsi avtomobili ilə gəlmək istəyənlər üçün logistik maneələrin qalması güzəştlərin effektivliyini sual altına alır. Ən əsası isə, son 6 ildə 2000-dən çox əlavə və dəyişiklik edilərək “dəlmə-deşik” halına gələn Vergi Məcəlləsinə hər il onlarca yeni yamama vurmaqdansa, sənədin sadə, məntiqli və biznes-dostu dildə sıfırdan yenidən yazılmasına ciddi ehtiyac yaranıb”. pizza mizza

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!