Xatun 48 min dollar itirib

saytların hazırlanması

Evə çatdırılma

Xatun 48 min dollar itirib

Şou

07 Aprel 2025 15:31 299


Müğənni Xatun Əliyeva Rusiyada 48 min dollar itirdiyini deyib.

Yenisabah.az xəbər verir ki, sənətçi bu haqda "Afaqla 10lar" verilişində danışıb. O bildirib ki, pul çantasında olub və onu mağazada unudub:

"İtki çox pis bir şeydir. Moskvada toyda idim. Toydan sonra dedim ki, acam. Musiqiçilərlə birlikdə marketin içində olan restorana getdik. Orada "Borş" yedim. Çantamı masanın üzərinə qoydum, içində də 48 min dollar, pasportlar. Yeməkdən sonra ayağa qalxıb, telefonumu götürdüm yola düşdük hava limanına. Birdən prodüserim Pənah dedi ki, sənin çantan haradadır? O an şoka düşdüm. İnanın ki, həmin an bütün dünya başıma fırlandı. Geri döndük, qaça-qaça girdik marketin içinə və dedim ki, çantam haradadır? Artıq davamını demirəm. O vaxta kimi restoranda çanta qalar?".//Axşam.az Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!