Xətainin heykəli: Onun adı niyə hallanmır? -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Xətainin heykəli: Onun adı niyə hallanmır? - FOTO

Mədəniyyət

01 Oktyabr 2026 10:22 117


Sosial şəbəkədə Şah İsmayıl Xətainin abidəsi ilə bağlı müzakirələrdə daha bir şəxsin adı ötəri xatırlanmağa başlayıb.

“Yeni Sabah” xəbər verir ki, postament üzərindəki metal lövhədə kiçik hərflərlə “посвящается внуку Исмаилу Aтакишиеву – Ибрагим Зейналов” ("nəvəm İsmayıl Atakişiyevə həsr olunur - İbrahim Zeynalov") cümləsinə etiraz edən şəxslərin əksəriyyəti heykəlin həmmüəllifi olduğunu bilmirlər.

Bu, heykəltaraş və Əməkdar rəssamı (2021) Zakir Mehdiyevdir. Pepperoni pizza

O, 1983-2000-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində heykəltaraşlıq tədris edib, 2000–2016-cı illərdə Türkiyədə Atatürk Universitetində dosent və kafedra müdiri vəzifəsində fəaliyyət göstərib.

Əməkdar rəssamın ən tanınan yaradıcı işləri arasında Şah İsmayıl Xətai (İbrahim Zeynalovla birlikdə), Beyləqan şəhərində Mücirəddin Beyləqanı (yenə İbrahim Zeynalovla birlikdə), habelə Hacı Zeynalabdin Tağıyev, Qəbələdə İsmayıl bəy Qutqaşınlı və Antakyada Atatürkün abidələrini, eləcə də Azərbaycan və Türkiyədə xatirə lövhələri və büstləri var.

Sosial şəbəkə məlumatlarına əsasən, Zakir Mehdiyev həm də mərhum tarixçi-alim Püstəxanın Əzizbəyovanın kürəkənidir.

Xatırladaq ki, hazırda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti metal lövhədəki yazı ilə bağlı araşdırma aparır.

Paytaxtın Xətai rayonunda yerləşən Şah İsmayıl Xətainin heykəli 1993-cü ildə ucaldılıb. Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli monumental və xatirə abidəsi kimi dövlət mühafizəsinə götürülüb.

Əziz Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!