Xəzər hövzəsində ABŞ-ın siyasəti –  Yeni kitab
08 Apr 2021 10:26
175

Xəzər hövzəsində ABŞ-ın siyasəti – Yeni kitab

İran əsilli araşdırmaçı-alim Omid Şokri Xəzər hövzəsinin enerji resurslarına dair ABŞ-ın siyasəti ilə bağlı yeni bir kitab nəşr etdirib.

Yenisabah.az xəbər verir ki, bu barədə alimin özü “Twitter”-də paylaşım edib.

Omid Şokrinin kitabı "ABŞ-ın Xəzər dənizi hövzəsindəki enerji diplomatiyası: 2001-ci ildən bəri dəyişən meyllər” adlanır.

O, Vaşinqtonda yerləşən Baş Enerji Diplomasiyası və Enerji Təhlükəsizliyi Mərkəzi və Körfəz Dövlət Analitikasının (GSA) analitikidir. Hazırda Corc Meyson Universitetinin Siyasət və İdarəçilik Məktəbində çalışır.

Omid Şokri beynəlxalq münasibətlər üzrə və Türkiyənin İstanbul Universitetində politologiya üzrə magistr dərəcəsi alıb. Əsas tədqiqat marağı enerji diplomatiyası, ABŞ-ın enerji siyasəti, İran-Türkiyə və İran-Rusiya münasibətləridir. Həmçinin qlobal enerji bazarı tədqiqatları, enerji təhlükəsizliyi və geosiyasi risklər sahəsində onillik peşəkar təcrübəyə malikdir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər