Xırdalanda daş sexindən normadan artıq toz yayıldı – Sahibinə 2500 manatlıq cəza

saytların hazırlanması

Evə çatdırılma

Xırdalanda daş sexindən normadan artıq toz yayıldı – Sahibinə 2500 manatlıq cəza

Sosial

11 Sentyabr 2026 12:59 295


Xırdalan şəhəri, Seyid Əzim Şirvani küçəsində fəaliyyət göstərən daş emalı sexindən ətrafa tozun yayılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, xidmət rəsmisi Asif Məcidov bildirib ki, sexdə ekoloji tələblərə əməl olunması vəziyyəti araşdırılan zaman sexdən atmosfer havasına normadan artıq tozun atıldığı müəyyən edilib.

“Faktla bağlı akt tərtib olunub. Sexin mülkiyyətçisi Nabat Cəfərovanın vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunması ilə bağlı qanunamüvafiq tədbirlər görülür. pizza mizza

Eyni zamanda ərazidə ekoloji vəziyyətin yaxşılaşdırılması, sakinlərin narahatlığının aradan qaldırılması məqsədilə mülkiyyətçiyə icrası məcburi olan “Ekoloji tələb” verilib.”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!