Abşeron rayonunun Xırdalan şəhərindəki Şəhidlər Xiyabanında yeni inşa olunan “İbadət otağı” şəhid ailələrinin istifadəsinə verilib.
Qeyd edək ki, bir müddət öncə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələri ilə birgə Şəhidlər Xiyabanını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canınından keçmiş bütün igidlərimizin əziz xatirəsi yad edilmiş və ruhlarına dualar oxunub. Ziyarət zamanı şəhid ailələri tərəfindən Şəhidlər Xiyabanında ibadət etmək, şahidlərin doğum günlərində toplaşmaq, namaz qılmaq, dualar etmək, şəhid ailələrinin istidə gündən, yağışlı havada yağışdan qorunması üçün “İbadət otağı”nın tikilməsi məsələsi qaldırılıb və bu istiqamətdə köməkliyin göstərilməsi xahiş olunub.
Bundan sonra rayonun Abadlıq və Kommunal Xidmətlər İdarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərək atılacaq addımlar müəyyənləşdirilib, Şəhidlər Xiyabanının qarşısında yer ayrılıb və bundan sonra tikinti işlərinə başlanılıb. pizza sifarişi
Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri və şəhid ailələri ilə birgə yeni inşa olunan “İbadət otağı”na baxış keçirib, burada yaradılan şəraitlə tanış olub.
Həmçinin Prezident İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq respublikanın hər bölgəsində olduğu kimi Abşeron rayonunda silsilə vətəndaş qəbulları keçirilib. Novxanı kəndində baş tutan növbəti səyyar-qəbulda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, qazilər və qəsəbə sakinləri iştirak ediblər.
Telegram kanalımız