Sentyabrın 14-də Xırdalanda fərdi yaşayış evində əl qumbarasının partlaması nəticəsində 19 yaşlı qız ölüb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti daxil olan sorğulara cavab olaraq məlumat yayıb.
Bildirilib ki, 2007-ci il təvəllüdlü Xədicə Mustafayeva Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasının partlaması nəticəsində aldığı xəsarətlərdən ölüb. Toyuqlu pizza
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Hazırda ibtidai istintaq aparılır.
Aytac Əliyeva
Telegram kanalımız