Xocalıda yaşayış evinin həyətinə gecə ayı girib.
“Yeni Sabah” xəbər verir ki, hadisə Badara kəndində qeydə alınıb.
Vəhşi heyvan kənd sakini Elgün Piriyevə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə daxil olub. Ayı həyətə girən kimi əl-üz yuyulan yerə yaxınlaşıb, it üçün qoyulmuş yemi yeyib, üstündən də su içərək geri qayıdıb. Dominos pizza
Ev sahibinin lentə aldığı videodan ayının bir ayağının olmadığı da görünür.
Kənd sakinləri heyvanın minaya düşərək xəsarət aldığını ehtimal edirlər.
Telegram kanalımız