Xocavənddə bərpa işlərinə başlanılır

saytların hazırlanması

Evə çatdırılma

Xocavənddə bərpa işlərinə başlanılır

Sosial

27 Sentyabr 2022 16:10 940


Qarabağda həyata keçirilən bərpa yenidənqurma işləri davam edir.

Yenisabah.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin​ Qarabağ İqtisadi rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

O qeyd edib ki, artıq bir sıra layihələr yekunlaşma mərhələsindədir. Marqarita pizza

"Bundan sonra işlərimiz daha da sürətlənəcək. Hesab edirəm ki, artıq Ağdam şəhərinin mərkəzində bərpa yenidənqurma işlərinə başlayacağıq. Bundan əlavə həm Ağdam rayonunda, həm də Füzuli rayonunda kəndlərin bərpasına başlanılır. Artıq Talış kəndində də bu işlərə başlanılıb. Yaxın günlərdə Xocavənd rayonunda da bərpa yenidənqurma işlərinə başlanılacaq. Bütün bu tədbirlər sistemli şəkildə, qrafikə uyğun olaraq həyata keçirilir", - deyə E.Hüseynov bildirib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!