Aparılacaq təmir işləri ilə əlaqədar 14 sentyabr saat 06:00-dan etibarən Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, təmir səbəbi ilə sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər. pizza hut
Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.
Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.
Telegram kanalımız