Avropa İttifaqına üzv dövlətlərin hökumət başçıları Xorvatiyanın Şengenə qoşulmasını təsdiqləyib.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu barədə qurumun saytında məlumat yerləşdirilib.
“Biz Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiq etdik və ümid edirik ki, Bolqarıstan və Rumıniya 2023-cü ildə Şengenə qoşulacaq”, – Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Brüsseldə Aİ sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib. pizza hut
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen isə bəyan edib ki, AK Bolqarıstan və Rumıniyanın ən qısa zamanda Şengenə qoşulması üçün əlindən gələni edəcək.
Xatırladaq ki, dekabrın 8-də Aİ-nin Daxili İşlər və Ədliyyə Şurasının Brüsseldə keçirilən iclasında Xorvatiyanın Şengen zonasına daxil olması təsdiqlənib, Rumıniya və Bolqarıstanın müraciətləri isə Avstriya və Hollandiyanın səsləri ilə rədd edilib.
Telegram kanalımız