Xoşqədəm gileyləndi: Bu problemə mütləq bir çarə tapılmalıdır

saytların hazırlanması

Evə çatdırılma

Xoşqədəm gileyləndi: Bu problemə mütləq bir çarə tapılmalıdır

Sosial

03 Sentyabr 2026 16:52 32


Aparıcı Xoşqədəm Baxşəliyeva Bakıda olan tıxacdan gileylənib.

“Yeni Sabah” xəbər verir ki, o, 1 saatdan çoxdur tıxacda qaldıqlarını vurğulayıb.

Aparıcı bildirib ki, məktəblər açılandan sonra vəziyyət daha da pisləşəcək: pizza

“Təsəvvür edin, Əzizbəyovdan Heydər Əliyev prospektinə tərəf artıq 1 saatdır ki, addım-addım irəliləyirəm. Hələ məktəblər açılmayıb, dərslər başlamayıb, yollar guya ki, bir az boşdur. Amma “boş” dediyimiz bu yollarda mən artıq 1 saatdır tıxacdayam və mənim kimi yüzlərlə maşın burada addım-addım irəliləyir. Məncə bu problemə mütləq bir çarə tapılmalıdır. Yoxsa dərslər başlayandan sonra bizi nə gözləyir? Allah köməkçimiz olsun”.

Aydan Hacı  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!