Yadigar Muradovun vəzifəsini kim icra edir?

saytların hazırlanması

Evə çatdırılma

Yadigar Muradovun vəzifəsini kim icra edir?

Mədəniyyət

25 Noyabr 2025 15:01 926


“Şuşa Teatrnda hazırda direktor vəzifəsini müvəqqəti olaraq Azad Məmmədov icra edir”.

Bu barədə “Yeni Sabah”a Şuşa Dövlət Musiqili Dram Teatrndan məlumat verilib.

Hələlik boş qalmış vəzifəyə yeni təyinat olmayıb: pizza mizza

“Təyinatın nə vaxt olacağı haqqında məlumatımız yoxdur. Hələlik hər şey Mədəniyyət Nazirliyinin verəcəyi qərardan asılıdır. Hər şey onlardan gələcək xəbərə bağlıdır.

Teatrın da Şuşaya köçürülməsi haqqında hələlik heç bir fikr bildirilməyib”.

Xatırladaq ki, Şuşa Dövlət Musiqili Dram Teatrnda direktor vəzifəsini mərhum Əməkdar artist Yadigar Muradov icra edirdi. O, noyabrın 18-də onkoloji xəstəlikdən vəfat edib. 

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!