Yapon bloger Şəkidə Azərbaycan dilində danışdı -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Yapon bloger Şəkidə Azərbaycan dilində danışdı - VİDEO

Sosial

26 Avqust 2026 12:45 107


Dünyanın müxtəlif ölkələrində insanlarla onların ana dillərində danışması ilə tanınan Yuji Beleza Şəkiyə səfər edib.

“Yeni Sabah” xəbər verir ki, yapon-irland əsilli bloger yerli sakinlərlə görüşərək onlarla söhbətləşib.

Onun insanlarla ünsiyyəti və dil bacarıqları şəhər sakinlərinin də marağına səbəb olub. Toyuqlu pizza

Yuji Beleza sosial şəbəkələrdə məhz bu cür gözlənilməz dialoqları ilə məşhurdur. O, küçədə qarşılaşdığı insanlardan haradan olduqlarını soruşur və bir neçə saniyə sonra onların dilində danışaraq qarşı tərəfi təəccübləndirir.

27 yaşlı Beleza yapon, ingilis, rus, alman və türk dillərində sərbəst danışır, daha 10-a yaxın dildə isə gündəlik səviyyədə ünsiyyət qura bilir.

Belezanın sosial şəbəkələrdəki auditoriyası da kifayət qədər böyükdür. 2026-cı ilin avqustunda yayılan məlumatlara görə, onun Instagram-da təxminən 7,4 milyon, "TikTok"-da isə 10 milyondan çox izləyicisi var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!