2022-ci ildə Yaponiyada 512 məktəbyaşlı uşaq könüllü olaraq dünyasını dəyişib.
Yenisabah.az NHK-ya istinadla xəbər verir ki, bu, əvvəlki illə müqayisədə 39 uşaq çoxdur.
İllik 500 nəfərlik həddi ilk dəfə aşılıb. pizza mizza
Ən çox artım yuxarı sinif şagirdlərinin yaş kateqoriyasında - 352 nəfərdə müşahidə olunur ki, bu da əvvəlki illə müqayisədə 38 nəfər çoxdur.
Ötən il 143 orta və 17 aşağı sinif şagirdi intihar edib.
Yaponiyada uşaqlar üçün 24 saatlıq yardım masası var.
Telegram kanalımız